Dohada Kabilin hökumət qrupu ilə taliblərin danışıqları bərpa olunub.
«TOLOnews»-in Qətərdəki mənbələrinin sözlərinə görə, görüşdə taliblərin qrupunun başçısı şeyx Əbdül Həkim Hakkani də iştirak edib.
Görüşdən bir ay əvvəldən Pakistanda şeyxin «Taliban» rəhbərliyi ilə məsləhətləşmələri keçirilib.
Nəşrin mənbələrinin sözlərinə görə, Hakkani Dohaya İslamabaddan mayın 21-də qayıdıb. Kabil tərəfdən danışıqlarda iştirak edənlər taliblərlə öz görüşlərini təsdiqləyiblər və bəyan ediblər ki, görüşlərdə prosesin bərpası və onların davamının detalları müzakirə olunub.
AzPolitika.info


Şərhlər