Menu

Bakıda çox sayda ölən və yaralıların olduğu dəhşətli qəzanın başvermə anı - ANBAAN VİDEO

25.05.2021, 11:25
Bakıda çox sayda ölən və yaralıların olduğu dəhşətli qəzanın başvermə anı - ANBAAN VİDEO

Ötən gün Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb. Hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə bildiriblər ki, qəza hava limanı-Bilgəh yolunda qeydə alınıb.

Hadisə zamanı “Shacman” markalı yük maşını ilə qanunsuz olaraq sərnişin daşınması ilə məşğul olan “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində bir qadın iki kişi olmaqla 3 nəfər hadisə yerində həlak olub. Bundan başqa 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qeyd edək ki, qəza barədə ilkin məlumatı Bakı Nəqliyyat Agentliyi yaymışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol