Menu

Şəhərlərarası və rayonlararası sərnişindaşıma bərpa edilir - RƏSMİ

25.05.2021, 12:46
Şəhərlərarası və rayonlararası sərnişindaşıma bərpa edilir - RƏSMİ

“Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, iyunun 10-dan etibarən çimərliklərin fəaliyyəti bərpa edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol