Menu

“NATO-nun Ukrayna barədə qərarını 13 ildə toz basıb” - Nazir alyansı sərt tənqid etdi

27.05.2021, 16:26
“NATO-nun Ukrayna barədə qərarını 13 ildə toz basıb” - Nazir alyansı sərt tənqid etdi

Rəsmi Kiyev NATO-nu Ukraynanın üzvlüyü məsələsində ləngliyinə görə tənqid edib.

Ukrayna alyansın gələn ay keçiriləcək sammitinə dəvət olunmamasından çaşqınlıq keçirdiyini bildirib. NATO sammiti iyunun 14-də Brüsseldə keçirilməlidir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mayın 26-da deyib: “Biz müttəfiqlərin qapalı sammit keçirmək istədiklərini başa düşürük, amma bu sammitə Ukraynanın dəvət edilməməsinin necə mümkün olmasını anlamırıq”.

Ukrayna prezidenti Vladimir Zelenski bu ayın əvvəllərində NATO-nu Qara dəniz regionundakı mövcudiyyətini gücləndirməyə çağırmış və Vaşinqtondan qarşıdan gələn sammitdə Ukraynanın NATO üzvlüyü üçün hərəkət planına dəstək verməsini rica etmişdi.

Kiyevdə ATƏT-in baş katibi Helqa Smidlə birgə keçirdiyi mətbuat konfransında Kuleba özünün açıq qapılar siyasətini daim təsdiqlədiyinə görə NATO-ya minnətdar olduğunu bildirib, amma əlavə edib ki, bu istiqamətdə bircə addım da atılmayıb.

2008-ci ildə Buxarestdə keçirilən sammitində NATO bəyan etmişdi ki, Ukrayna gələcəkdə potensial baxımdan alyansa üzv ola bilər. Ukraynanın xarici işlər naziri mətbuat konfransında daha sonra deyib: "Bizi Ukraynada islahatların ləngliyinə görə qınayırlar. Bəs biz onda alyansda qəbul olunan qərarların icrası barədə nə deyək?”

Kuleba deyib ki, NATO-nun Ukrayna barədə qərarını 13 ildə toz basıb.

Bu yaxınlarda Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın standartlara cavab verən ölkələr üçün NATO-nun “açıq qapılar” siyasətini dəstəklədiyini təsdiqləmişdi.

Lakin o əlavə etmişdi ki, Ukrayna hələ daha stabil, daha demokratik, firavan və azad ölkə üçün zəruri olan islahatları həyata keçirməlidir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol