Menu

Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

27.05.2021, 17:24
Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

“AzPolitika.info” xəbər verir ki, qardaş ölkənin Baş naziri 28 may Respublika Günü münasibəti ilə Azərbaycan Prezidentini və Azərbaycan xalqını təbrik edib.

İmran Xan məktubunda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra iki qardaş ölkə arasında daha da möhkəmlənən strateji əlaqələrə toxunub. Baş nazir Azərbaycanın yeni azad edilmiş rayonlarının yenidən qurulmasında fəal rol oynamaq arzusunu da dilə gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol