Menu

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

29.05.2021, 11:42
Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

"Report" xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol