Menu

"YAŞAT" Marafonuna hansı ölkələrdən insanların qoşulduğu açıqlanıb

31.05.2021, 12:40
"YAŞAT" Marafonuna hansı ölkələrdən insanların qoşulduğu açıqlanıb

"Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər".

"Report" xəbər verir ki, bunuAzərbaycan Diasporuna Dəstək Fondununicraçı direktoru Əkrəm Abdullayev "YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan marafona qoşulmaqla bağlı çağırışlar səsləndirilib: "Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər.
Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb".

İcraçı direktor bildirib ki, xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol