Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla ictimai debatdan imtina edib.
Bu xəbəri Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz twitter hesabında paylaşıb. O, bildirib ki, Ter-Petrosyanın “ölkəni milli fəlakətə çatdıran şəxslə danışacağı heç nə yoxdur”.
Xatırladaq ki, Paşinyan bir neçə gün əvvəl seçkilərə 2 gün qalmış - 18 iyunda Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanla ictimai televiziyanın efirində Qarabağ mövzusunda debat keçirmək təklifini irəli sürmüşdü. Paşinyan, həmçinin bu debatda vətəndaşların Qarabağ məsələsi ilə bağlı bilməli olduğu bir neçə məsələni açıqlayacağını da bildirmişdi.
Qeyd edək ki, Köçəryan hələ ki, Paşinyanın debat təklifinə cavab verməyb.
“AzPolitika”


Şərhlər
Bunlar bir birine çox oxşayır,ola bilsin ki,bu Petrosyanın nezakonnı oğludur.Ancaq Paşınyan ermeniden çox türke oxşayır bu da yeqin ki ,mamasının türk sevgilisinden olan oğludur.Bu hem de evvelki şerefsiz prezidentlere baxanda bezi şeylere obyektiv qiymet verir,qismen de olsa.