Menu

Qadağa qoyulan və istifadə üçün yararlı çimərliklər açıqlandı - SİYAHI

01.06.2021, 16:24
Qadağa qoyulan və istifadə üçün yararlı çimərliklər açıqlandı - SİYAHI

May ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir”. “Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, yaxın iki həftə ərzində ilkin nəticələrin açıqlanması planlaşdılır.

Şöbə müdiri xatırladıb ki, hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyi insanların istifadəsi üçün yararlı deyil.

“Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər” - deyə, Nazim Mahmudov “Ekspert saatı”ında bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir:“İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol