Menu

Ahıl qadını tövlədə saxlayan şəxs axtarılır

02.06.2021, 12:07
Ahıl qadını tövlədə saxlayan şəxs axtarılır

Gədəbəy Rayon Polis Şöbəsi ahıl qadının tövlədə bağlı vəziyyətdə saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, araşdırmalarla həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayonunun İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğu müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib.

Hazırda ahıl qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək.

Şərhlər

t.ədalət 2021-06-02 14:30:06

Ahıl qadına qarşı qəddarlıq edən adamın erməni olmadığına kim zəmanət verə bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol