Menu

İrandan Türkiyəyə raket atılıb

02.06.2021, 13:30
İrandan Türkiyəyə raket atılıb

Türkiyənin Hakkari şəhərinin Yüksəkova rayonuna İran ərazisindən raket atan terrorçulardan 3-ü zərərsizləşdirilib.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

PKK terror qruplaşması bölgədə beton divar tikintisində işləyən şəxslərin təhlükəsizliyini təmin edən METİ (Mina, əldəqayırma partlayıcıların təsbiti və məvhi dəstəsi) əməkdaşlarını raket atəşinə tutub. Buna cavab olaraq ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.

Qeyd edək ki, hazırda Türkiyə İranla sərhədində beton divar çəkir. Məqsəd terrorçuların, qaçaqmalçıların və qanunsuz miqrantların Türkiyə ərazisinə keçməsinin qarşısını almaqdır. Divarın hündürlüyü 3 metr, eni 30 sm-dir.

Şərhlər

Niyaməddin 2021-06-02 19:13:53

Heç şübhəsiz iran bu terrorçulara özü şərait yaradır, heç şübhəsiz. Yerin dibinə girəsiniz islam düşməni, gavur dostu min sifətli farslar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol