Bu gündən iyunun 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Həftəsonu Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.


Şərhlər
Həftəsonu nəqliyyatın işləməməsi bizim nadanlığımızdan qaynaqlanır.Xalqın sağlamlığı məsələsi apteklərdə qırxqat baha satılan dərmanların sahibləri ilə mübarizədən başlaya bilər."Nəqliyyat-nəqliyyat" oyunu xalqın çörəyini azaltmaq,yəni fəhlələrin çörəık pulu üçün harasa getməsini əngəlləməkdən" ibarətdir.Allahın səbri böyükdür,ancaq cəzası çox sərtdir!Tanrı köməyimiz olsun!