Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə yaxşı iş əlaqələrinin olduğunu və həmkarı olaraq onun üçün darıxacağını bildirib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində beynəlxalq agentliklərin rəhbərləri ilə görüşdə deyib.
"Siz həmkarınız Merkal üçün darıxacaqsınızmı?" sualına Rusiya prezidenti: "Əlbəttə, onun yerinə kimin seçiləcəyini bilmirəm. Angela ilə həqiqətən yaxşı işgüzar münasibətlərimiz var və onu yüksək qiymətləndirirəm", - deyə cavab verib.
Vladimir Putin kansler Merkeli təcrübəli siyasətçi, dürüst və etibarlı, tutarlı və mövqeyini müdafiə edə bilən şəxs adlandırıb.
Putin eyni sabitliyi və etibarlılığı Almaniyanın gələcək hökumətinin Rusiya ilə münasibətlərində görmək istədiyin qeyd edib.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel sentyabr ayında Alman Bundestaqına keçiriləcək seçkilərdən sonra siyasətdən gedəcəyini deyib.


Şərhlər
........putin , sen VERBOVKA etdin Almaniyanin sabiq kanslerini Şrederi ve o SATILDI , ........putinin verdiyi , MEŞOK - MEŞOK PULLARA ve TEYIN OLUNDU QAZPROM - a , Baltik denizinde insha edilen QAZ BORU KEMERI " SEVER - 2 " lahiyesinin inshasini TAM TEMIN EDEN , Şirketler qrupunun reisi vezifesine ve BOYUK TESIR IMKANLARI VAR Merkel hokumetine . Hami bilmelidir ki , bu yaxin aylarda, Almaniyada sechkilerde , Merkel VIDALASHACAQ oz KRESLOSUNDAN ve ........putine lazim olacaq , bu sebebden , qabaqcadan , .........putin , TERIFLEYIR Merkeli .