Menu

"Fənərbağça" məşhur baş məşqçi və futbolçu ilə anlaşıb

06.06.2021, 11:51
"Fənərbağça" məşhur baş məşqçi və futbolçu ilə anlaşıb

Türkiyənin "Fənərbağça" komandasının baş məşqçi postuna Rafael Benites təyin olunacaq.

"Report"un "Defansa Central"a istinadla məlumatına görə, ispaniyalı mütəxəssislə 2+1 illik anlaşma əldə olunub. "Sarı-lacivərdlilər"in Benitesə yüksək maaşla yanaşı, "Real Madrid"də ehtiyatda qalmağa başlayan Marselonu transfer etməyə hazır olduğunu bildirib. Sol cinah oyunçusunun transferinin təcrübəli baş məşqçi ilə birgə gerçəkləşəcəyi vurğulanıb.

Qeyd edək ki, Rafael Benitesin son iş yeri olan Çinin "Dalyan İfan" komandasını yanvarın 23-də tərk edib. 61 yaşlı mütəxəssis İspaniyanın "Valensiya" və "Real Madrid", İngiltərənin "Liverpul", "Çelsi" və "Nyukasl", İtaliyanın "İnter" və "Napoli" kimi tanınmış komandalarında çalışıb. O, "Liverpul"a Çempionlar Liqası (2004/2005) və UEFA Super Kubokunu (2005), "Valensiya"ya UEFA Kubokunu (2003/2004), "Çelsi"yə Avropa Liqasını (2012/2013), "İnter"ə klublararası dünya çempionluğunu (2010) qazandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol