Menu

Gürcüstanda 7 gənc meşədə itkin düşüb

06.06.2021, 14:04
Gürcüstanda 7 gənc meşədə itkin düşüb

Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb. “Report”un yerli bürosu xəbər verir ki, onlarla əlaqə üç gün öncə kəsilib.

Meşəyə piknikə yollanan gənclərin axtarışlarına 40 nəfər xilasedici və reyncer, həmçinin dron da cəlb olunub.

İtkin düşənlərin birinin Axaltsixedən olan müəllim, digərlərinin isə onun tələbələri olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol