Menu

Pakistanda qatarlar toqquşub - 36 nəfər həlak olub, 64 nəfər yaralanıb + VİDEO

07.06.2021, 09:12
Pakistanda qatarlar toqquşub  - 36 nəfər həlak olub, 64 nəfər yaralanıb + VİDEO

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində azı 36 nəfər ölüb, 64 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Geo TV” kanalı polis və xilasetmə qruplarına istinadla məlumat yayıb.

Qəza ölkənin cənubunda Sind əyalətindəki Qotka şəhəri ərazisində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Polis rəsmisi əlavə edib ki, yerli sakinlər, xilasedicilər və polis yaralı sərnişinləri və ölənlərin cəsədlərini yaxınlıqdakı xəstəxanalara aparır.

Hadisə zamanı 14 vaqon aşıb, onlardan səkkizi isə tamamilə məhv olub.

Hazırda xilasetmə əməliyyatı davam edir. Hadisənin səbəbləri açıqlanmır.

Şərhlər

Niyaməddin 2021-06-07 21:15:22

Başın sağ olsun qardaş Pakistan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol