Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.
E.Hüseynov “Report”un Ağdama ezam olunmuş əməkdaşına bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb:
“Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.


Şərhlər
Unversitet bazlıqdan əl çəkmək lazımdır.5-6 milyon əhalisi qalan Azərbaycana tələbdən artıq və lazımsız ixtisaslar adıyla uşaqları kor etməyin mənasını düşünən varmı?Təhsil tələbata uygun şəkildə ,ölkəyə lazımi sayda və ixtisasda təşkil edilməli,universitet bitirən şəxsləriş yerləri ilə təmin olunmalıdır.Universitei güc bəla ilə,rüşvətlə bitirib bazarlarda alver edən universitet müdavimləri ölkəni biabır edir,təhsili hörmətdən salır,ən yaxşı halda rüşvət vəya tanışlıqla iş tapır.orada da normal biliyə sahib olmadqlarından işləri korlayılar.Buna son qoyulmalıdır!