Menu

BMT Baş Assambleyasının yeni prezidenti seçildi

08.06.2021, 09:28
BMT Baş Assambleyasının yeni prezidenti seçildi

Maldivin xarici işlər naziri Abdulla Şahid Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti seçilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

BMT Baş Assambleyasının hazırkı sədri Volkan Bozkır Şahidin xeyrinə olan gizli səsvermənin nəticələrini elan edib. Məlum olub ki, iştirakçı 193 ölkədən 2-si səs verməyib.

Bozkır bildirib ki, Şahid çoxtərəfli diplomatiyada geniş təcrübəyə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol