Menu

Balakəndə 4 ton narkotik vasitə məhv edilib

08.06.2021, 10:50
Balakəndə 4 ton narkotik vasitə məhv edilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə Daxili İşlər Nazilriyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 4 ton olan 8500 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol