Menu

“Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək edirik” - Lavrov

09.06.2021, 11:27
“Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək edirik” - Lavrov

Rusiya beynəlxalq münaqişələrin həllinə aktiv şəkildə kömək etməyə davam edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Biz Suriyada işləyirik. Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və digər qaynar nöqtələrdəki nizamlanmalarla bağlı beynəlxalq səylərə aktiv kömək edirik. Mən bunu nailiyyətlərimizə diqqəti çəkmək üçün demirəm. Biz hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim tarixi missiyamızdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər

t.ədalət 2021-06-09 23:52:10

Rusiya Qarabağda dinc həyatı münaqişələrlə pozur.

esger 2021-06-09 12:15:00

Yalan yalan dinc əhalidə silahlanma olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol