Menu

ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

09.06.2021, 17:19
ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Tvitter" sosial şəbəkəsində yazıb.

"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol