Menu

Koronavirus sertifikatı Avropa parlamentində qəbul edildi

10.06.2021, 00:53
Koronavirus sertifikatı Avropa parlamentində qəbul edildi

Avropa İttifaqında (Aİ) koronavirus rəqəmsal sertifikatının tətbiq olunması Avropa parlamentində səs çoxluğu ilə qəbul edilib.

“RİA Novosti” xəbər verir ki, qanun Aİ-nin rəsmi jurnalında nəşr edildikdən sonra qüvvəyə minəcək.

Koronavirus sertifikatı Aİ-də rəsmi olaraq 1 iyul tarixində istifadəyə veriləcək, lakin sənəd artıq test rejimində verilir, bir milyondan çox avropalı onu əldə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol