Menu

Cozef Baydenlə Vladimir Putinin görüş məkanı açıqlanıb

10.06.2021, 11:01
Cozef Baydenlə Vladimir Putinin görüş məkanı açıqlanıb

ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşün məkanı açıqlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, iki ölkə liderləri məşhur “La Qranj” villasında bir araya gələcək.

“Görüş iyunun 16-da Cenevrədə “La Qranj” adlı malikanədə keçiriləcək”, - İsveçrənin Xarici İşlər Nazirliyindən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol