Menu

abah güclü külək əsəcək - Proqnoz

21.10.2014, 12:54

Kulekli hava 180812Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, az yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah cənub rayonlarında yağış yağacaq. Səhər və axşam ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol