Menu

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edildi

14.06.2021, 14:25
Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edildi

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.

Dövlət başçısının imzaladığı sərəncamla Nazirlər Kabinetinə Azərbaycanın Sarayevo şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol