Menu

Ötən il 4626 nəfərə 727 milyon manat maaş ödənib

14.06.2021, 16:01
Ötən il 4626 nəfərə 727 milyon manat maaş ödənib

Azərbaycanda neft-qaz sənayesini çıxmaqla özəl sektorda çalışan və maaşı 8 min manatı aşan şəxslərin sayı 4 min 626 nəfər olub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Hesablama Palatasının ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəyində belə yazılıb.

Maraqlıdır ki, pandemiya ilində həmin şəxslərin ümumi gəlirləri azalmayıb, əksinə, artıb.

Məsələn, 2019-cu ildə 8 min manatdan çox əməkhaqqı alanların orta aylıq gəliri 11 min 100 manat olmuşdusa, ötən il bu göstərici 13 min 100 manata yüksəlib.

Başqa sözlə, 2019-cu ildə həmin 4 min 626 nəfərə toplam 616 milyon manat, 2020-ci ildə isə 727 milyon manat əməkhaqqı ödənilib. Bu şəxslər 24 milyon manat gəlir vergisi ödəyiblər.

Ötən ilin sonunda təxminən 749 min nəfər dövlətdən və neftdənkənar sektorlarda çalışıb. Həmin şəxslərin illik gəliri 6 milyard 270 milyon manata yaxın səviyyədə olub. 

Palatanın rəyində ötən il 190 manatlıq birdəfəlik ödəniş alanlarla bağlı bilgilərə də toxunulub. Məlum olub ki, ötən il ərzində 190 manatlıq ödənişlərlə bağlı bütövlükdə 448 milyon manat xərclənib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol