Menu

Azərbaycanın dövlət büdcəsinin qalığı 369 milyon manata düşüb

14.06.2021, 17:10
Azərbaycanın dövlət büdcəsinin qalığı 369 milyon manata düşüb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 735,2 milyon manat, xərcləri isə 9 366,3 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,5 %və 0,3 % azdır.

Son nəticədə büdcədə 368,9 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 706,6 milyon manat olmuşdu.

Şərhlər

t.ədalət 2021-06-14 18:31:50

Saytlarda ayrı-ayrı izah verilir.Əgər bu tədiyyə balansındakı qalıqdırsa,deməli,borc qalığıdır.Onda büdcə qalığı olmur,axı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol