Menu

Ərdoğanla Bayden arasında görüş başa çatıb - YENİLƏNİB

14.06.2021, 21:15
Ərdoğanla Bayden arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

APA-nın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.

Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

***

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.

"Report"un məlumatına görə, görüş NATO-ya üzv ölkələrin liderlərin zirvə toplantısı çərçivəsində keçirilir.

Ərdoğanın görüş başa çatdıqdan sonra mətbuat konfransı keçirəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol