Menu

Çempionlar Liqası: "Neftçi"nin növbəti raunddakı potensial rəqibi bilindi

16.06.2021, 14:19
Çempionlar Liqası: "Neftçi"nin növbəti raunddakı potensial rəqibi bilindi

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə, növbəti raundda Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək. Flaqman ilk qarşılaşmasını səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol