Menu

Türkiyə Prezidenti Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb

17.06.2021, 14:32
Türkiyə Prezidenti Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış edib.

APA-nın xəbərinə görə, Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb.

“Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi bu istiqamətdə əhəmiyyətli bir addım olacaq”, - deyə Ərdoğan vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol