Menu

Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

17.06.2021, 18:23
Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən bildirilib ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol