"Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı: "Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var idi".
Güneş sabahkı matçda daha yaxşı mübarizə aparacaqlarını vurğulayıb: "Təqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq".
Təcrübəli baş məşqçi komanda daxilində heç bir problemin olmadığını söyləyib: "Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik".


Şərhlər
Üzr diləyirəm, bu nə komandadır? Türkiyədən 25 nüfuz bacarıqlı-dəqiq kombinasion futbolçu seçə bilmədinizmi? Həpsi yarımcan, uelslilər isə üçcanlı kimi çalışdılar! Allah versin, nə diyəlim?