Menu

Ermənistanda son sutka ərzində koronavirusa 60 nəfər yoluxub

20.06.2021, 14:00
Ermənistanda son sutka ərzində koronavirusa 60 nəfər yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 60 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadla verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 227-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 498-ə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol