Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb
Baxiş sayı:
Dərc olunub:
21/06/2021 - 11:56
Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 91,7 milyon ABŞ dolları olan 13 547 ədəd minik avtomobili ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayı 4 727 ədəd və yaxud 53,5 % artıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.