Menu

"Qarabağdakı Qələbə regionda sülhün möhkəmləndirilməsinə xidmət edir" - Qazaxıstanın XİN başçısı

21.06.2021, 12:48
"Qarabağdakı Qələbə regionda sülhün möhkəmləndirilməsinə xidmət edir" - Qazaxıstanın XİN başçısı

"Azərbaycanın Qarabağdakı Qələbəsi regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir".

"Report"un xəbərinə görə, bunu Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi iyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O, Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını səmimiyyətlə təbrik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol