Aİ Belarusun 78 fiziki və 8 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirərək 78 fiziki və 8 hüquqi şəxsi “qara siyahı”ya əlavə edib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan açıqlamasında deyilir.

Bildirilir ki, bu qərar Belarusda insan haqları ilə bağlı ciddi pozuntuların artması ilə əlaqədar qəbul edilib.

Aİ “qara siyahı”ya MAZ, “Belaz”, “Yeni neft şirkəti” QSC və daha beş hüquqi şirkəti salıb. Fiziki şəxslərdən isə ölkənin müdafiə naziri və İstintaq Komitəsinin rəhbəri, eləcə də iri iş adamları və güc strukturlarının vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar