Menu

Gürcüstanda çörək bahalaşacaq

22.06.2021, 14:32
Gürcüstanda çörək bahalaşacaq

Gürcüstanda çörəyin qiymətində 5-7 tetri artım gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Çörək məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib.

Onun sözlərinə görə, hökumətin 6 aylıq subsidiya proqramı bu ayın sonunda başa çatır və artıq sahibkarlar qiymətlər barədə qərarı özləri qəbul edəcəklər.

M.Dolidze qeyd edib ki, dünya bazarlarında və Gürcüstanda unun qiyməti aşağı düşüb: “Hesab edirəm ki, subsidiyanın ləğvi barədə qərar düzgündür. Belə ki, subsidiya yardımdır və sistematik hal ala bilməz”.

Gürcüstanda zavodda istehsal olunan çörəyin qiyməti çəkisindən asılı olaraq 60 tetri - 1 lari təşkil edir.

Şərhlər

t.ədalət 2021-06-22 14:40:02

Azərtbaycanda marketlərdə bişirilib satılan çörəklərin satış qiyməti 10 qəpik artırılıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol