Menu

Dövlət Dəniz Agentliyinin direktor müavini işdən çıxıb

22.06.2021, 17:29
Dövlət Dəniz Agentliyinin direktor müavini işdən çıxıb

2006-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (ARDDA) direktor müavini olan Şahlar Məmmədov işdən çıxıb.

Bu barədə "Report"a agentlikdəki mənbə bildirib.

Məlumata görə, Ş.Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamentinin rəis muavini vəzifəsinə təyinat alıb. Onun əvvəlki vəzifəsinə isə təyinat olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol