Menu

Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq - Maliyyə Nazirliyi

23.06.2021, 11:38
Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq - Maliyyə Nazirliyi

“Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb”.

Bunu “Report”a açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

“Bununla belə, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda sözügedən kreditin alınması gündəmdə deyil”, - o qeyd edib.

Şərhlər

aydın 2021-06-23 14:23:30

Cənab Nazir, Zakatala rayonun Maliyyə İdarəsinə vüqar Məmmədovu hansı savadına və yaxud hansı göstəricisinə görə təyin etmisiniz ?

cavid 2021-06-23 14:19:58

Yaşa,Azərbaycan.Rədd olsun vampirlər və onların pulu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol