Menu

Ağ Ev ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması müddətinə aydınlıq gətirib

23.06.2021, 22:57
Ağ Ev ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması müddətinə aydınlıq gətirib

Amerika hərbi qulluqçularının Əfqanıstandan çıxarılmasının müddəti dəyişməyəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün brifinqdə bildirib.

Media nümayəndələri Ağ Ev rəsmisindən iyunun 25-də ABŞ prezidenti Cozef Baydenin Əfqanıstan prezidenti Əşrəf Qani və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla ilə görüşməsi fonunda Birləşmiş Ştatların Hərbi Qüvvələrinin Əfqanıstandan çıxarılması müddətinin dəyişilib-dəyişilmədiyi soruşulub.

"Sentyabrda qoşunların çıxarılması müddətinin dəyişəcəyi gözlənilmir. Ona (müddətə-red) əlbəttə bizim Müdafiə Nazirliyimiz tərəfindən nəzarət edilir", - Psaki qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol