Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb
Baxiş sayı:
Dərc olunub:
24/06/2021 - 21:01
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.
“Report” “TASS”a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Bölgədəki Rusiya – Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət verildiyi qeyd olunub.
Bununla yanaşı, Rusiya lideri bugünlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.