Prezident Nərimanov RİH-in əməkdaşını təltif edib - FOTOLAR

Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsindəki döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında Nərimanov Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri İbrahimov Tahir Etibar oğlu da var.

O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. T.İbrahimov müharibədən əvvəl Nərimanov Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib. 

Vətən müharibəsindən sonra rayonun icra başçısı Abdin Fərzəliyevin əmri ilə icra hakimiyyətində yeni təşkil edilmiş şöbənin müdiri vəzifəsinə təyin olunub.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar