Menu

Bakıda yol vermədiyi üçün sürücünü döyərək öldürən şəxsin FOTOSU

25.06.2021, 10:11
Bakıda yol vermədiyi üçün sürücünü döyərək öldürən şəxsin FOTOSU

Bakının Nərimanov rayonunda yol vermədiyi üçün sürücünü döyən şəxsin fotosu yayılıb.

Musavat.com xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.

"Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.

Şərhlər

Səbuhi 2021-06-25 12:23:59

Hadisəni törədən şəxs çox çox peşmançılıq çəkəcək. Ancaq zərrə qədər də olsun FAYDASI OLMAYACAQ. CƏHƏNNƏMƏ XOŞ GƏLDİN. CƏHƏNNƏMİ "DİRİKƏN " YAŞAYACAQSAN.

Xalq 2021-06-25 12:21:10

bunun boynu nə yaman yoğundur?

Habil 2021-06-25 11:00:08

Ne den bir birimize qarwi Bu geder agressiya bu geder nifret? Sanki duwmenik

vətəndaş 2021-06-25 10:42:23

Get indi türmədə kef ele key oğlu key

Veteran 2021-06-25 10:30:15

ağır cəza vermək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol