Menu

Polad Həşimov və Arəstə Baxışovanın heykəli hazırlanıb - VİDEO

25.06.2021, 11:39
Polad Həşimov və Arəstə Baxışovanın heykəli hazırlanıb - VİDEO

Ölümü ilə dastan yazan Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi gənc heykəltəraş tərəfindən əbədiləşdirilib.

Heykəli hazırlayan Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsi Təbriz Soltanlı daha əvvəl də Milli Qəhrəmanın büstünü ərsəyə gətirib.

Polad Həşimovla yanaşı, 44 günlük Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın da heykəlinin maketi hazırlanır.

Mərdlik simvoluna çevrilən şəhid xanımın heykəlini gənc heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib.

Gənc heykəltəraşlar igid döyüşçülərə həsr olunan əsərlərinin paytaxtın görkəmli yerlərindən birinə qoyulmasını arzu edirlər.

Şərhlər

Seyid Ənhu 2021-06-25 14:43:30

Heykəl Polad Həşimovu nəinki ehtiva etmir, əksinə onu təhrif edir. Həvəskar olmaq və ya IV kursda oxumaq hələ heykəltaraş olmaq demək deyil.

Xalq 2021-06-25 13:50:18

Bu qəhrəman şəhidlərimizin heykəlləri Bakı şəhərinin ən gözəl yerlərində qoyulmalıdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol