Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşayiət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında bu gün səhər saatlarında Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb.
"AzPolitika"nın məlumatına görə, DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.
Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.


Şərhlər
Elə deputatda vəkildə iksidə pis adamlardı. Biri birinə dəyər
Bə noooldu Roma? Bə deyirdin sənin toxunulmazlığına adi deputat toxunulmazlığı deyil." Bronirovannıdır"Yəqin Zireh Aliminumdanmış. Çünki adı Sekurenin önündə dəlmə deşik oldu. Roma bax sənin kimi ədəbazı, yeddi məsələ qulluq edib, yeddi qapıya oynayan deputatı otel qapısında beləcə SINDRARLAR. Ağıllı ol
Ramin hər bir fürsətdə ətrafına mesaj ötürür ki guya onun arxası " ƏN YÜKSƏK"lərə birbaşa bağlıdır.Odur ki çox ərkəsöyünlüklər edir.
Ramin Həsənovu bu günlərdə bir başqa məkanda gördüm.Davranışı, hərəkətləri ikrah dogurur.Eqoistdir, qarşısındakını aşagılamaga,, həmsöhbətim tez- tez və bilərəkdən əsassız olaraq özünü kəsməklə, nümayişlərində olaraq hərəkətləri ilə " burda hamı məndən aşağıdır" , " heç kim diqqətimi çəkmir" kimi fikir yaradır. Xülasə rəsmən " mən lotuyam" deyir.
Bu "cənab" deputat deyir mən dövlət adamıyam.İstifadə edir və lotu-potu kimi danışır.Sən dövlət yox 5-ci kolonun hökumət adamısan.