Menu

Rusiya və Çin dostluq və əməkdaşlıq müqaviləsini uzadıblar

29.06.2021, 00:51
Rusiya və Çin dostluq və əməkdaşlıq müqaviləsini uzadıblar

Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin danışıqlardan sonra dostluq və əməkdaşlıq barədə ikitərəfli müqavilənin fəaliyyətini uzadıblar.

Bu barədə iyunun 28-də «TASS» və Çinin məkəzi televiziyası xəbər verib.

«Dünya qeyri-müəyyənlik və radikal dəyişikliklər dövrünə qədəm qoyur - bu fonda ki, bəşəriyyətin inkişafı bir çox böhranlarla qarşılaşır, Çinin və Rusiyanın sıx əməkdaşlığı dinc bəşəriyyətə pozitiv enerji verir və beynəlxalq münasibətlərin yeni modelinin etalonunu yaradır - telekanal Si Tsizinpindən silat gətirir - mehriban qonşuluq, dostluq və əməkdaşıq barədə müqavilə nəsildən-nəsilə ötürüləcək dostluq anlayışı formalaşdırıb və bu, hər iki tərəfin maraqlarına cavab verir. Bu, sülh və inkişafa yönəlmiş dövrün tendensiyalarına cavab verir… İnanıram ki, müqavilənin ruhuna uyğun olaraq, Çin və Rusiya bütün səyləri göstərəcək və inamla irəli getməkdə davam edəcək».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol