Menu

Türkiyədə bu gün koronavirusdan 53 nəfər ölüb

29.06.2021, 23:27
Türkiyədə bu gün koronavirusdan 53 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 53 nəfər həyatını itirib. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 229 min 846 nəfər test edilib, onların 5 min 846-sı pozitiv nəticə verib, 6 min 536 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 730 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 min 687 nəfər ölüb. Türkiyədə indiyədək 5 milyon 420 min 156 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 287 min 94 nəfəri müalicə olunaraq evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol