Menu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib

02.07.2021, 10:12
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib

Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər alasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də var.

“Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol