Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində pay sahibi olanlardan biri, Sumqayıt şəhər sakini, əsgər Alxasov Camal İlqar oğlu protezlə təmin edilib.
Bu barədə Oxu.Az-a cəsur döyüşçümüzün özü məlumat verib.
Hazırda “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə olan Camal Alxasovun reabilitasiya prosesi davam edir.
“Türkiyədə Özəl Küveyt-İstanbul Protez Mərkəzində reabilitasiya prosesləri gedir. Hazırlanan protezlə yavaş-yavaş gəzməyə başlayıram. Müalicəm davam edir. Hər şey qaydasındadır. İnşallah bazar günü səhər tezdən Vətənə qayıdacam”, - deyə C.Alxasov bildirib.
Xatırladaq ki, Camal Alxasov Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin atdığı minaatan mərməsinin partlaması nəticəsində yaralanıb.Qəhrəmanımız Əzəli və tarixi torpaqlarımız uğurunda 2 ayağını qurban verib.
Zəfər yolumuzda şücaət göstərən Camal Alxasov bundan sonra həmin ərazilərə yenə də ayaq üstə gedəcək. Yüksək texnologiyalı protezlə təmin olunan qazimiz hazırda Türkiyədə bərpa prosesi keçir. Camal Alxasov Xəzər Xəbərə bildirdi ki, uyğunlaşma prosesi çətin olsa da, bunun da öhdəsindən gəlməyi bacaracaq.
Qeyd edək ki Şərəfli döyüş yolu keçən Camal Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.Camal Alxasovun Azərbaycana 2 həftədən sonra dönəcəyi gözlənilir. Həmişə ayaq üstə vətənin qəhrəman oğlu!


Şərhlər
Allah qazilərimizə şəfa versin!