Menu

AVRO-2020: İngiltərə yığması yarımfinala yüksəldi

04.07.2021, 00:56
AVRO-2020: İngiltərə yığması yarımfinala yüksəldi

Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. “Report” xəbər verir ki, İtaliyanın paytaxtı Romanın “Olimpiko” stadionunda Ukrayna və İngiltərə yığmaları qarşılaşıblar.

Almaniyadan olan hakimlər briqadasının idarə etdiyi matç İngiltərə yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları4 və 50-ci dəqiqələrdə Harri Keyn, 46-cı dəqiqədə Qari Maquayr və 63-cü dəqiqədə Cordan Henderson vurub.

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsinin Bakı Olimpiya Stadionunda təşkil olunan oyununda Çexiya və Danimarka komandaları üz-üzə gəlib.

Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, İngiltərə yığması yarımfinalda Danimarka seçməsi ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol